Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub

Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənən tərəfdaşların, yazıçıların, fəxri qonaqların və nəşriyyatların adları açıqlanıb.

Sərginin əsas tərəfdaşı SOCAR, əsas media tərəfdaşı isə AZƏRTAC olub.

“Fuyuzat.az” saytı olaraq digər nominasiyalar üzrə qaliblərin siyahısını təqdim edirik:

Fəxri yazar: Sabir Rüstəmxanlı
Fəxri beynəlxalq qonaq:
Pərinuş Sənii
II fəxri qonaq:
Darren Simpson
Fəxri yazar:
Reyhan Yusifqızı
Ən çox oxunan müəllif:
Kəramət Böyükçöl
Ən fəal nəşriyyat:
“Qanun”
Ən kreativ stend:
“Libra Kitab”