2026-cı il sentyabrın 12-də “Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun tərəfdaşlığı ilə “Yusif Vəzir Çəmənzəminli irsinin işığında” mövzusunda müzakirə təşkil olunub. Müzakirə əsərləri dövlət varidatı elan edilmiş görkəmli ədib, ictimai-siyasi xadimin 139 illiyinə həsr edilib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli Yusif Vəzir Çəmənzəminlinin Azərbaycanın dövlətçilik, diplomatiya və ədəbiyyat tarixindəki müstəsna rolundan bəhs edib. O, böyük mütəfəkkirin milli özünüdərk, milli dövlətçilik, ana dilinin inkişafı istiqamətindəki fəaliyyətinin bu gün də cəmiyyətimiz və gənc nəsil üçün mühüm bələdçi olduğunu vurğulayıb.
“Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Ş.A.Hümmətli təqdimatında Yusif Vəzir Çəmənzəminlinin fəaliyyətini bir neçə mühüm istiqamətini təhlil edib.
Professor Nadir Məmmədli Y. V. Çəmənzəminlinin dilçi-alim kimi də fəaliyyətindən, tərtib etdiyi lüğətlərdən bəhs edib. Ədəbiyyatşünas-alim, professor Asif Rüstəmli Yusif Vəzir yaradıcılığında milli istiqlal və azərbaycanşünaslıq məsələlərinin xüsusi əhəmiyyətini vurğulayıb.
Tədbirdə yazıçının nəvəsi, professor Leyla Vəzirova çıxış edərək doğum günündə babasının xatirəsinin anılmasının xüsusi qiymətləndirərək təşəkkür edib.
Tədbir mövzu ətrafında çıxışlar, müzakirələrlə yekunlaşıb.












