Xəbərlər

Zaxarova: Rusiya İstanbulda əldə olunan razılaşmalara məsuliyyətlə yanaşacaq

“Rusiya İstanbulda Ukrayna nümayəndə heyəti ilə danışıqlardan sonra əldə olunmuş bütün razılaşmaların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmaq niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Rusiya tərəfi əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsinə məsuliyyətlə yanaşmaq niyyətindədir”, – diplomat bildirib.