Ukrayna prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər etmək niyyətində olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Zelenski özü bildirib.
“BƏƏ əsirlərin mübadiləsi də daxil olmaqla böyük humanitar proqram planlaşdırır. Mən dərhal Səudiyyə Ərəbistanına səfər edəcəyəm, kralla görüşəcəyəm. İki-üç gündən sonra isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyəm. Ruslarla və amerikalılarla görüşməyəcəyəm”, – Zelenski qeyd edib.