Xəbərlər

Zelenski Ukraynada keçiriləcək beynəlxalq tədbirləri təxirə salıb

Ukrayna prezidenti Volodimir Zelenski yaxın günlərdə ölkə hakimiyyətinin planlaşdırdığı bütün beynəlxalq tədbirləri təxirə salmağı tapşırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə onun mətbuat katibi Sergey Nikiforov məlumat verib.

“Volodimir Zelenski yaxın günlər üçün planlaşdırılan bütün beynəlxalq tədbirlərin təxirə salınması və yeni tarixlərin işlənib hazırlanmasını tapşırıb”, – Nikiforov bildirib.