Almaniya Ukrayna münaqişəsi səbəbindən 2022-ci ildən iqtisadi və hərbi sahədə xeyli zəifləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “NZZ” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, cəmi bir neçə il əvvəl Almaniya Avropanın “aparıcı gücü” idi, Almaniyanın keçmiş kansleri Angela Merkel isə dünyanın ən nüfuzlu qadınlarından biri hesab olunurdu. İndi ölkə özünün yanlış təhlükəsizlik və iqtisadi siyasətinin bəhrəsini görür, 2022-ci ildən bəri isə heç bir Avropa ölkəsi Almaniya qədər ABŞ, Rusiya və Çindən asılı vəziyyətə düşməyib.