Xəbərlər

BMT Livana yardımı gücləndirir

“BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Livana yardımı artıracaq və ölkəni münaqişələrə son qoymağa çağıracaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sosial media hesabında qeyd olunub.

“Livandakı dağıdıcı qarşıdurma günahsız insanların həyatına son qoyur və minlərlə insanı bölgədən qaçmağa məcbur edir. Buna son qoyulmalıdır. BMT Qaçqınlar üzrə Ali Komissarlığının Livanda uzun müddət iş təcrübəsi var. Biz yardımı, nağd pul dəstəyini və tibbi xidmətlərimizin əhatə dairəsini genişləndiririk”, – məlumatda bildirilib.