“ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya səfəri zamanı Kiyevə hərbi yardım və ya Rusiya Federasiyasının dərinliklərinə zərbələr üçün Amerika silahlarından istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı yeni açıqlamalar verməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Verilən məlumata görə, bu Ostinin Müdafiə Nazirliyinin rəhbəri kimi Ukraynaya sonuncu səfəri olacaq. Ancaq bu iddianın nəyə əsasən səsləndirildiyi barədə əlavə şərh verilməyib.