Xəbərlər

Ermənistan BRİCS-ə üzv olmağı planlaşdırmır

“Ermənistan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək, lakin indiki mərhələdə İrəvan assosiasiyaya üzv olmaq imkanını müzakirə etmir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan parlamentdə çıxışı zamanı deyib.

“İndiki mərhələdə biz BRİCS-ə üzv olmağı fikirləşmirik”, – Qriqoryan bildirib.

Qeyd edək ki, Ermənistanın Nazirlər Kabineti Baş nazir Nikol Paşinyanın BRİCS sammitində iştirak edəcəyini təsdiqləyib.