“Yanvarda vəzifəsinin icrasına başlayacaq ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin qarşılıqlı əlaqəsi 2025-ci ildə Ukrayna probleminin həllinə kömək edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Slovakiya Milli Şurasının vitse-spikeri Andrey Danko deyib.
“Bu münaqişənin həll olunmasını istəyirik. Çünki münaqişənin davam etməsi bizim üçün, sizin üçün və hamı üçün pisdir”, – o əlavə edib.



