ABŞ prezidenti Donald Tramp Ukraynada müvəqqəti administrasiyanın tətbiqinin əleyhinədir. O, Putinin bu fikrini bəyənməyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus bildirib.
O vurğulayıb ki, Ukraynada hökumət dövlətin Konstitusiyasına uyğun olaraq xalq tərəfindən seçilir.
“Bəli, biz bilirik ki, Rusiya Ukraynada müvəqqəti administrasiya təklif edib, lakin prezident Tramp bunu təsdiqləməyib. Ukrayna konstitusion demokratiyadır və ölkənin idarə olunması Konstitusiya və Ukrayna xalqı tərəfindən müəyyən edilir”, – məlumatda bildirilib.



