“ABŞ-ın Ukrayna ilə münaqişənin həlli ilə bağlı razılığa gəlməsi, demək olar ki, razılaşmaların əldə olunduğu Rusiyadan daha çətindir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə müsahibəsində deyib.
“Hesab edirəm ki, Rusiya razılaşmaya hazırdır. Bizim Rusiya ilə anlaşmamız var. Biz Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmalıyıq. Düzü, mən əvvəl elə fikirləşirdim ki, Zelenski ilə danışıqlar aparmaq daha asan olacaq, amma yanıldım. Lakin düşünürəm ki, biz onların hər ikisi ilə də razılığa gələcəyik. Ümid edirəm ki, onlar uğur qazanacaqlar”, – dövlət başçısı əlavə edib.



