ABŞ prezidenti Donald Tramp ABŞ-da istehsal müəssisələri olmayan yarımkeçirici və mikroçip istehsal edən şirkətlərin mallarına tezliklə əhəmiyyətli idxal rüsumlarının tətbiq ediləcəyini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə müsahibəsində bildirib.
“Biz ABŞ ərazisinə daxil olmayan şirkətlərə tariflər tətbiq edəcəyik, bu, tezliklə baş verəcək. Çox yüksək deyil, lakin kifayət qədər əhəmiyyətli rüsumlar tətbiq edəcəyik. Anlamaq lazımdır ki, əgər yarımkeçiricilər və mikroçip istehsalçıları ölkədə müəssisələr qursalar onda onlar üçün heç bir rüsum olmayacaq”, – o əlavə edib.



