Çörək ağacı Sakit Okean adalarında, Cənub-Şərqi Asiyada, Karib dənizi bölgəsində və Afrikanın tropik zonalarında yetişir. Bu ağac tropik bölgələrdə geniş yayılan və insan qidasında mühüm rol oynayan bir bitkidir. Ağacın meyvəsi dadlı və olduqca qidalıdır. Məhz bu xüsusiyyətlərinə görə adına Çörək ağacı deyilir.
Bitki iqlim olaraq isti və rütubətli mühitləri sevir. Soyuq və şaxtalı ərazilərdə onu becərmək, demək olar ki, mümkünsüzdür.
Bu ağac Moraceae (ağcaqayın) ailəsinə mənsub, orta və böyük ölçülü, həmişəyaşıl bir ağacdır. Yüksəkliyi 10-20 metrə qədər çata bilər. Yarpaqları böyük və parlaqdır. Meyvəsi böyük, armud formasında olur və tərkibində çoxlu nişasta var.
Çörək ağacının meyvəsi qida kimi istifadə olunur. Yetişməmiş meyvəsi nişastalı olur və çörək əvəzi kimi bişirilir, qovurulur, həmçinin qurudularaq üyüdülür və un halına salınır. Bitki mətbəxdə müxtəlif yeməklərin tərkib hissəsi kimi çox dəyərlidir. Yetkin meyvəsi daha şirin olduğundan meyvə kimi də yeyilir.
Çörək ağacının bəzi hissələri xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Məsələn, yarpaqların şirəsi dəri xəstəlikləri üçün xeyirlidir. Bitki möhkəm və yüngül olduğu üçün, mebel və tikintidə də geniş istifadə olunur.
Bu ağacın meyvəsi zəngin nişasta mənbəyidir, həmçinin vitaminlər və mineral maddələrlə doludur. Enerji verici xüsusiyyətə malikdir və qidalandırıcıdır.
Qida, tibb və sənaye sahələrində geniş istifadəsi onun əhəmiyyətini artırır. Bu ağac həm təbiətə, həm də insana böyük fayda verir.
Ləman Vahid



