Xəbərlər

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başlayıb

Almatıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ölkələr arasında sülh sazişinin əldə edilməsi üçün danışıqlar başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi daha əvvəl bildirib ki, iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun Almatıda keçirilməsi planlaşdırılır.

Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan noyabra qədər Bakı ilə sülh sazişi imzalamağa hazırdır. Bunun üçün sənəd bütün razılaşdırılmış prinsipləri əhatə etməlidir.