Xəbərlər

“Füyuzat” dərgisinin 129-cu nömrəsi işıq üzü gördü

“Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin 2023-cü il üçün olan növbəti sayı işıq üzü gördü. Mübariz Yunusun baş redaktorluğu ilə dərginin yeni sayında müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alır.

Jurnalın 129-cu sayında Elçin Bilaloğlunun “Cənubi Qafqazda Qərb–Rusiya mübarizəsi”, Mübariz Göyüşlünün “Klassiklərin mətbuata münasibəti”, Həşim Səhrablının “Çin–Tayvan münaqişəsi. Tarix, bu gün və sabah”, Səbirə Nemətzadənin “Özbək şairi Əbdürrauf Fitrətin yaradıcılığında türkçülük ideyaları”, Ruslan Bayramlının “Müasir dünya bizdən hansı bacarıqları tələb edir?”, Muxtar Cəfərlinin “Qəlbin qüvvət qaynağı – təvəkkül”, Yunis Orucovun “Bizim tale yazımız – Birlik və Həmrəylik”, Arzu Həsənzadənin “Mediada çərçivələmə metodu”, Azadə Novruzovanın “Evimizə dönəcəyik!”, İlyas İbrahimlinin “Canımız yandı”, Rafiq Səfərovun “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətindən bir nümunə” adlı yazıları və Əsəd Aslanoğlunun “Elə yaşayasan…” şeiri ilə tanış ola bilərsiniz.

Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz.

Xoş mütaliələr!