Xəbərlər

Livandan Qolan təpələrinin mərkəzinə 50 raket atılıb

Livandan Qolan təpələrinin mərkəzi hissəsinə 50-yə yaxın raket atılıb və bir neçə raketin qarşısı alınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“Livandan Qolan təpələrinin mərkəzi hissəsinə təxminən 50 raket atılıb, İsrail ordusunun hava hücumundan müdafiə sistemi mərmilərin bir hissəsini uğurla vurub, qalanları isə yaşayış olmayan ərazilərə düşüb”, – məlumatda qeyd edilib.

“Xəsarət alan yoxdur”, – mətbuat xidməti əlavə edib.