Əli Ağaoğlu Füyuzat 143

Robotlar şəhəri – NEOM

Önümüzdəki 10 ildə, hətta daha da irəliləyən dövrdə 25.10.2017-ci il tarixi dünyada “yeni bir başlanğıc” günü olaraq müqəddəs bayram elan edilsə, yaxud da bir eranın başlanğıcı kimi hesablansa, təəccüblənməyin.

Bu proseslərin zamanla necə inkişaf edəcəyinə dair ehtimallar, əminəm ki, yazını oxuduqdan sonra sizin də ağlınızda dolaşacaq. Əvvəlcə bu tarixin dünyanın gedişatını dəyişdirən bir gün olmasını təsdiq edən real əsasları sizlərlə bölüşəcəyik.

Məhz həmin gün Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində keçirilən “Gələcək İnvestisiya Təşəbbüsü” adlı konfrans anidən dünyada bir nömrəli xəbər başlıqlarına çevrildi. Konfransın gedişində dəvət edilən “Sofiya” adlı robot səhnəyə çıxaraq Səudiyyə Ərəbistanının vətəndaşı olmasından məmnunluğunu və bunun ona bəslənən böyük bir etimadın göstəricisi olduğunu bildirdi. Xarici görkəminə görə (saçları istisna olmaqla) insandan fərqlənməyən “Sofiya” ilk insan hüquqlarını əldə etmiş robot kimi tarixə düşdü. Bunu görən bir çox insanlar isə bir zamanlar fantaziya janrında izlədikləri filmləri xatırlayaraq robot-insan qarışığı qəhrəmanların artıq reallığa çevrildiyinin mühakiməsini aparmağa başladılar.

Həmin konfransda verilən başqa bir “müjdəli” xəbər vardı ki, səhnədə dayanıb insanlarla söhbət edən “Sofiya” xanımın təqdimatı ilə müqayisədə kölgədə qalmışdı. Lakin qısa müddətdə bu xəbər dünyanın diqqətini cəlb edərək elə böyük rezonans doğurdu ki, “Sofiya” xanım belə altında əzilməyə məhkum oldu. Bəs bu yenilik nə idi?..

Davamı…