Xəbərlər

Tramp: ABŞ tariflərlə “yenidən zənginləşəcək”

“Amerika administrasiyasının xarici məhsullara tətbiq etdiyi gömrük rüsumları ABŞ-ı “yenidən zənginləşdirəcək”.

“Füyuzat”ın məlumatına görə, Amerika prezidenti Donald Tramp jurnalistlərlə söhbətində buna əmin olduğunu bildirib.

“Düşünürəm ki, tariflər bir ölkə olaraq indiyə qədər etdiyimiz ən böyük iş olacaq. Bu addım ölkəmizi yenidən zənginləşdirəcək”, – dövlət başçısı qeyd edib.