Cavid İsmayıl Füyuzat 135

27-ci komissar: ölümcül səhvlər, sirli son

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də Sovet Rusiyası tərəfindən işğal olunur. Uzunsürən müzakirələrdən sonra Cümhuriyyət parlamenti Nəriman Nərimanovun (o vaxtadək Lenin Nərimanovu Həştərxandan Moskvaya çağıraraq əvvəlcə RSFSR-in Xarici İşlər üzrə Xalq Komissarlığında Yaxın Şərq şöbəsinin müdiri, daha sonra isə millətlərin işi üzrə xalq komissarı Stalinin müavini təyin etmişdi – C.İ.) başçılıq etdiyi Azərbaycan Hərbi İnqilab Komitəsinin ultimatumunu qəbul edərək hakimiyyəti bolşeviklərə təhvil verir. Halbuki bu komitə elə həmin gün Lenin tərəfindən Moskvada yaradılmışdı. Tərkibinə Nərimanovdan başqa Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, Abid Alimov və Əliheydər Qarayev daxil idi. Komitənin yalnız azərbaycanlı kommunistlərdən təşkil olunması, təbii ki, gözdən pərdə asmaq məqsədi güdürdü.

Nərimanov Bakıya işğaldan 20 gün sonra gəldi. Onun Moskvada bu qədər ləngiməsinin səbəbləri hələ də məlum deyil. Baxmayaraq ki, “Qafqaz canişini” Serqo Orconikidze Leninə həm işğaldan bir neçə gün əvvəl, həm də sonra teleqram vuraraq Nərimanovu tezliklə Bakıya göndərməyi tələb etmişdi.

Mayın 16-da Bakıya varid olan Nərimanovu dəmiryol vağzalında hərbi məktəbin kursantlarından ibarət fəxri qarovul qarşıladı. Həmin gün və ondan sonra baş verənləri Nərimanovun öz dilindən eşidək…

Davamı…