Xəbərlər

Aİ ölkələri yeni mexanizm çərçivəsində Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri oktyabrın 14-də Lüksemburqda planlaşdırılan iclasda Moskvanın sabitliyi pozan hərəkətlərinə yönəlmiş oktyabrın 8-də qəbul edilmiş yeni qadağanedici tədbirlər mexanizmi çərçivəsində Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək səviyyəli nümayəndəsi bildirib.

“Bildiyiniz kimi, oktyabrın 8-də yeni sanksiyalar rejimi təsdiqləndi. Biz gözləyirik ki, üzv ölkələr yeni rejim çərçivəsində siyahı təklif edəcəklər”, – mənbə qeyd edib.

Diplomatın sözlərinə görə, nazirlər Rusiya Federasiyasına qarşı mövcud sanksiyalardan yayınma ilə mübarizə məsələsini də müzakirə edəcəklər:

“Ola bilsin ki, sanksiyalardan yayınmağı çətinləşdirmək üçün sanksiyalar rejimi dəyişdirilməlidir”.