Füyuzat 134

Bilməm neçin?

Kirpiyimdən qan sızar şamü-səhər, bilməm neçin?
Canımı üzməkdədir sоnsuz kədər, bilməm neçin?

Halimə heyran ikən aləm, özüm heyrətdəyəm
Kim, mənim halimə heyrandır bəşər, bilməm neçin?

Оl qədər hali-pərişanəm, pərişan xatirim
Anmayır hardan pərişanlıq yetər, bilməm neçin?

Yar könül dərdinə yüz dərman bilir, məndən vəli
Bildiyin inkar edir оl simbər, bilməm neçin?

Qalmışam avarə, sərgərdan, yarımdan mən cüda,
Çərx edibdir mən fəqiri dərbədər, bilməm neçin?

Nalədən, fəryaddən könlüm təsəlli tapmayır,
Vəsli də, hicranı da qılmaz əsər, bilməm neçin?

Ey Füzuli, öldürər dərdim məni, axtarmaram
Nə təbibdən, nə dəvadən bir xəbər, bilməm neçin?

Məhəmməd Füzuli