Elçin Bilaloğlu Füyuzat 135

Bizim ailəmiz türk dünyasıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 fevral 2024-cü il tarixində keçirilən inaqurasiya mərasimindəki proqram xarakterli çıxışında ölkənin qarşısında duran prioritetlərin ardıcıllığını göstərdi. İlham Əliyev ölkənin inkişafının əsas istiqamətləri haqqında danışanda ordu quruculuğu, hərbi sənayenin inkişafı, sərhədlərin qorunmasının gücləndirilməsi, xarici risklərdən qorunmaq, milli birlik, azərbaycançılıq, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, iqtisadi və sosial sahədə inkişaf, yoxsulluq və işsizliyin aradan qaldırılması, xarici investisiyaların cəlbi, nəqliyyat infrastrukturu, tranzit imkanlarından faydalanmaq, texnoloji və süni intellekt sahələrinin inkişafı haqqında bəhs etdi. O, Türk Dövlətləri Təşkilatına inteqrasiyanın isə dövlətin xarici siyasətinin əsas prioriteti olduğunu bildirdi. Yeni dövrdə iqtisadi islahatların daha da dərinləşməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, eləcə də sosial-təminat tədbirlərinin daha da gücləndirilməsi kimi hədəflər var. Biz bu yazıda “Füyuzat”ın oxucuları üçün xüsusi önəm kəsb edən məqamlara diqqət yetirəcəyik…

Davamı…