Xəbərlər

1 milyon avropalı Belarusa vizasız səfər edib

Avropa ölkələrinin 1 milyondan çox sakini 2022-ci ilin aprelində yaradılmış vizasız giriş hüququndan istifadə edərək Belarusa səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarusun Dövlət Sərhəd Komitəsi (DSK) məlumat yayıb.

“Latviyadan 314 min 934 nəfər, Litvadan 576 min 942 nəfər, Polşadan 100 min 977 nəfər Belarusa gəlib. Eyni zamanda, 2024-cü il iyulun 19-dan etibarən uzadılmış vizasız siyahıya daxil olan 35 ölkədən 11 min 345 əcnəbi ölkəyə gəlib. Yeni giriş proseduru Almaniya, Estoniya, İtaliya, Fransa və Böyük Britaniyadan olan turistlər arasında daha geniş yayılıb. Son bir həftə ərzində Avropanın 38 ölkəsindən 4 min 828 vətəndaş Belarusa vizasız daxil olub”, – məlumatda qeyd olunub.