Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.
Sərgidə yerli və xarici nəşriyyatlar, müəlliflər bir-birindən fərqli kitablarla ziyarətçiləri qarşılayır.
Texno-insana həsr edilən sərginin builki qonağı Qətər dövlətidir.
Qeyd edək ki, sərgi oktyabrın 7-dək davam edəcək. Sərgiyə hər gün 10:00-dan 20:00-dək giriş pulsuzdur.



