110-dan çox qeyri-hökumət və insan haqları təşkilatı fələstinlilərin Qəzza zolağından köçürülməsi ilə bağlı istənilən təklifə qarşı çıxıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı QHT-lərin birgə bəyanatına istinadən məlumat yayıb.
“İnsanları öz ərazisindən həmişəlik çıxarmaq məqsədi ilə həyata keçirilən məcburi köçkün siyasəti etnik təmizləmədir. ABŞ-ın Fələstin xalqından Qəzza zolağından çıxmasını tələb etməyə və ya başqa ölkələrə getməyi əmr etməyə haqqı yoxdur”, – sənəddə qeyd olunub.



