Xəbərlər

2023-cü ilin oktyabrından bəri Livanda 142 tibb işçisi öldürülüb

2023-cü ilin oktyabr ayından bəri Livanda ən azı 142 tibb işçisi öldürülüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

“Səhiyyə üzrə tərəfdaşlar xəbərdarlıq edir ki, səhiyyə müəssisələri və işçi heyətinə qarşı davamlı hücumlar xidmətlərə ciddi təsir edir. 2023-cü ilin oktyabr ayından bəri 142 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən dünyasını dəyişib”, – məlumatda bildirilib.