Xəbərlər

2025-ci ildə qlobal temperatur rekord səviyyəyə çatıb

2025-ci il qlobal temperaturun müasir ölçmələr dövründə qeydə alınan ən yüksək səviyyələrə yaxınlaşdığı və bir çox bölgədə quraqlığın artdığı bir il olub. 2025-ci ildə rekord üçüncü ən isti iyul ayı qeydə alınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən rekord tarixdə ən isti il kimi təsdiqlənən 2024-cü ildən sonra bu il də bir çox bölgədə qlobal orta temperatur rekord səviyyələrə çatıb.

ÜMT noyabr ayında dərc etdiyi hesabatda 2025-ci ilin ikinci və ya üçüncü ən isti il olacağını bildirərək qeyri-adi temperatur tendensiyalarının bu il də davam etdiyini qeyd edib.