Xəbərlər

2026-cı ildə Tehranda Xəzər sammiti keçiriləcək

Xəzəryanı dövlətlərin sammiti 2026-cı ilin avqustunda Tehranda keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani “Xəzər dənizi – sülh və dostluq dənizi” konfransında çıxışı zamanı bildirib.

“İran İslam Respublikasının 2026-cı ilin avqustunda 7-ci Xəzəryanı Dövlətlərin Zirvə Toplantısına ev sahibliyi edəcəyini bildirməkdən məmnunam. Biz Beynəlxalq Xəzər Dənizi Günü və Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Xəzəryanı dövlətlərin prezidentlərini Tehranda qəbul etməkdən qürur duyacağıq”, – o əlavə edib.