Xəbərlər

21-ci əsrin “Ən yaxşıları”ndan biri Orxan Pamukun “Qar” romanıdır

“New York Times”in mədəniyyət və incəsənət redaktorları 21-ci əsrin ən yaxşı kitablarını seçiblər. 2000-2023-cü illəri əhatə edən siyahıda Orxan Pamukun “Qar” romanı 2004-cü ilin ən yaxşı 10 kitabı arasındadır.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Habertürk” məlumat yayıb.

Pamukun “İlk və son siyasi romanım” adlandırdığı bu əsərdə hadisələr 1990-cı illərin siyasi atmosferindən bəhs edir və Qarsda siyasi islamçıların, solçuların, türk və kürd millətçilərinin iman, hicab məsələsi, hərbi çevriliş cəhdləri və s. məsələlər təsvir edilib.