Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı sığınacaqlarından qaçan 3 PKK terrorçusunun Habur Sərhəd Polis Məntəqəsinə təslim olduğunu açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat paylaşıb.
Nazirliyin açıqlamasında deyilir: “Türkiyə Ordusunun qətiyyətli əməliyyatları nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan 3 PKK terrorçusu Haburdakı Sərhəd Polis Məntəqəmizə təslim olub”.