İsrailin keçirdiyi əməliyyatlar nəticəsində son bir həftə ərzində 450 minə yaxın insan Qəzza zolağının cənubundakı Rəfah şəhərini tərk etmək məcburiyyətində qalıb.
“Füyuzat”ın məlumatına görə, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi (UNRWA) bildirib.
“UNRWA-nın hesablamalarına görə, mayın 6-dan bəri təxminən 450,000 nəfər Rəfahdan məcburi köç edib”, – agentlik qeyd edib.