Xəbərlər

5 minlik NATO briqadası Finlandiyanın Rusiya sərhədində yerləşdiriləcək

Finlandiyanın Mikkeli şəhərində Rusiya ilə sərhəd yaxınlığında NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadası yaradılacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə cümə axşamı “İltalehti” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qərarın yaxın həftələrdə rəsmən açıqlanacağı gözlənilir.

Nəşr yazır ki, yaradılan bölmə həm də İrəli Quru Qoşunları kimi adlandırılır.

Avqustun 21-də bildirilib ki, Finlandiya bir neçə NATO ölkəsi ilə ölkə ərazisinə qoşun yeridilməsi ilə bağlı danışıqlar aparır.