Xəbərlər

78 milyondan çox amerikalı prezident seçkilərində erkən səs verib

Noyabrın 5-də keçiriləcək seçkilər ərəfəsində 78 milyondan çox ABŞ vətəndaşı erkən səsvermə imkanından yararlanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Florida Dövlət Universiteti məlumat yayıb.

Verilən məlumata görə, 42,6 milyondan çox insan şəxsən seçki məntəqələrində olub, 35,3 milyona yaxın insan isə poçt vasitəsilə səs verib.

Təfərrüatlar verilməyib.