830 mindən çox Livan sakini Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
“2023-cü il oktyabrın 8-dən indiyədək 834 746 məcburi köçkün qeydə alınıb ki, onların 52%-i qadınlar, 48%-i isə kişilərdir. Məcburi köçkünlərdən 189 298 nəfəri müvəqqəti olaraq 1100 sığınacaqda yerləşdirilib, onlardan 935-i və ya 84%-i artıq tam məskunlaşıb”, – məlumatda bildirilib.