“Birləşmiş Ştatlar Fələstinin beynəlxalq səviyyədə tanınmasına mane olmaq üçün əlindən gələn hər şeyi edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib.
“Birləşmiş Ştatlar Fələstinin beynəlxalq səviyyədə tanınmasına nail olmaq üçün qərarları gecikdirir və hətta artıq BMT-nin qəbul etdiyi qətnamələrdən yan keçərək bu prosesə hər cür mane olur”, – Fələstin lideri bildirib.
Mahmud Abbas onu da qeyd edib ki, 1947-ci ildən bəri Fələstin məsələsi ilə bağlı BMT min qətnamə qəbul edib, lakin qərarların heç biri yerinə yetirilməyib.