Xəbərlər

Abbas: Fələstinliləri zorla köçürmək planlarını rədd edirəm

“Fələstin prezidenti Mahmud Abbas Fələstin xalqını öz torpaqlarından zorla çıxarmaq çağırışlarını və planlarını bir daha rədd edib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “WAFA” agentliyi məlumat yayıb.

Belə ki, Fələstin prezidenti Fransa prezidenti Emmanuel Makron ilə telefonla danışıb.

Danışıqlar zamanı Fələstin xalqının məcburi köçkünlüyünün rədd edilməsi və təcili humanitar yardımın göstərilməsi müzakirə edilib. Qəzza zolağında atəşkəsin möhkəmləndirilməsi, Fələstin rəhbərliyinin Qəzzaya nəzarəti ələ keçirməsi və Qəzzanın yenidən qurulması da müzakirə mövzusu olub.

Qeyd edək ki, Mahmud Abbas verdiyi dəstəyə görə fransalı həmkarına təşəkkür edib.