Xəbərlər

Abbas: İran yaxın saatlarda İsraillə bağlı qərar verə bilər

“İran yaxın saatlarda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə cavab qərarı verə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Fələstin Prezidenti Mahmud Abbas söyləyib.

“İlk növbədə, biz fələstinlilər olaraq müharibəyə qarşı olduğumuzu 2023-cü il 7 oktyabrında rəsmi olaraq bəyan etdik. Mülki əhalinin, qadınların, uşaqların öldürülməsi, nə olacağını hələ təxmin edə bilmərik, amma ümid edə bilərik ki, heç bir eskalasiya olmayacaq”, – Abbas bildirib.

“Bu qərar bir neçə gün, hətta yaxın bir neçə saat ərzində verilə bilər”, – o qeyd edib.