Bu yaxınlarda Ermənistan, Yunanıstan və Cənubi Kipr arasında müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb. Bəyanatda deyilir ki, tərəflər bu addımı son zamanlarda baş verən regional və beynəlxalq hərbi-siyasi hadisələrə uyğun olaraq atıblar.
“Füyuzat”ın məlumatına görə, məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdulla Ağar Türkiyə ilə Azərbaycan arasındakı düşmənçiliyin onları birləşdirdiyini bildirib:
“Əslində, Ermənistan, Yunanıstan və Cənubi Kiprin son addımları “Düşmənimin düşməni mənim dostumdur” sadə tənliyinə uyğundur. Bu baxımdan onları motivasiya edənlər var. Son nəticədə Cənubi Kipr və Yunanıstan Türkiyənin düşmənidir. Onlar da pravoslav xristianlardır. Pravoslav oxu qurmaq, eyni zamanda vahid strukturları ilə öz maraqlarına uyğun olaraq ölkələrimizə təzyiq göstərmək, hətta onları mühasirə dairəsinin halqalarına çevirməyinə baxsaq, bu işi kimlər edib və həvəsləndirib görə bilirik. Onlar, Amerika Birləşmiş Ştatlarıdır. Onlar Avropa İttifaqı(Aİ) və xüsusilə Fransa ilə sıx əlaqələrə malikdirlər, ABŞ və Aİ-nin göstərişləri və yardımları ilə hərbi əməkdaşlıq forması yaratmağa çalışırlar. Yəni görülənlər coğrafiyanın yenidən dizayn planı ilə bağlı bir prosesdir”.