30 sentyabr 2024-cü ildə başa çatan maliyyə ilində Birləşmiş Ştatlar hərbi kəşfiyyata 29,8 milyard dollar dəyərində vəsait xərcləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqon məlumat yayıb.
“Bu proqramın təfərrüatları və ya onun maliyyələşdirilməsi ilə bağlı başqa heç bir məlumat verilməyəcək, çünki onlar milli təhlükəsizlik səbəbi ilə məxfi qalır”, – Müdafiə Nazirliyi bildirib.
Verilən məlumata görə, ötən il ABŞ hərbi kəşfiyyata 27,9 milyard dollar, 2022-ci ildə 24,1 milyard dollar, 2021-ci ildə isə 23,3 milyard dollar vəsait xərcləyib.