“ABŞ 2025-ci ildə əvvəlkilərdən daha böyük miqyasda yeni ticarət müharibəsinə başlaya bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Roscongress Foundation” məlumat yayıb.
“Bizim fikrimizcə, qlobal iqtisadiyyat təxminən 2,5% artacaq, iki ən böyük iqtisadiyyat – ABŞ və Çinin iqtisadi inkişafı yavaşlayacaq, dünya yeni ticarət müharibəsinin nəticələri ilə üzləşəcək və mərkəzi banklar vəziyyəti stimullaşdırmaq üçün faiz dərəcələrini azaldacaqlar”, – məlumatda bildirilib.
Qeyd edilib ki, Çin üçün optimist ssenaridə bəzi məhsul növlərinə tariflər 10-25% intervalında sabitlənə bilər.