ABŞ Dövlət Departamenti ölkədə demokratik mühitin pozulmasına görə məsuliyyət daşıyan 60-dan çox gürcüyə yeni viza məhdudiyyətləri tətbiq edib.
“Füyuzat”ın məlumtına görə, bu barədə dövlət katibi Entoni Blinken bildirib.
“Gürcüstan xalqının əsas azadlıqlarını məhdudlaşdırmaq üçün səlahiyyətlərindən sui-istifadə edən yüksək vəzifəli dövlət və şəhər rəsmiləri, korrupsiya əməlləri ilə məşğul olan biznes liderləri, dezinformasiya yayan və zorakı ekstremizmi təbliğ edən şəxslər, etirazçıların döyülməsi ilə məşğul olan hüquq-mühafizə orqanlarının üzvləri, qeyri-demokratik qanunvericiliyin irəli sürülməsində və vətəndaş cəmiyyətinin məhdudlaşdırılması işində həlledici rol oynayan parlament üzvlərinə viza məhdudiyyəti tətbiq olunacaq”, – Blinken qeyd edib.