Xəbərlər

ABŞ admiralı: Çinin müdafiə xərclərinin artmasından narahatıq

“ABŞ Çinin müdafiə xərclərinin artmasından narahatdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okeanı Komandanlığının rəhbəri, admiral Con Akvilino söyləyib.

“Çin hökuməti iqtisadi tənəzzülə baxmayaraq, qəsdən müdafiə imkanlarını maliyyələşdirir. Bu, məni narahat edir”, – o bildirib.

Akvilinonun fikrincə, Çin iqtisadiyyatı daşınmaz əmlak bazarındakı böhrandan əziyyət çəkib, lakin eyni zamanda, müdafiə xərcləri rəsmi olaraq elan ediləndən əhəmiyyətli dərəcədə yüksəkdir.