“Birləşmiş Ştatlar Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verir və Qazaxıstan və Azərbaycanın hakimiyyət orqanlarına lazımi yardımı göstərməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller çıxış edib.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı xəbər bizi çox kədərləndirdi və həlak olanların ailələrinə səbr diləyirik. Dövlət orqanlarına yardım etməyə hazırıq”, – Miller qeyd edib.
Dövlət Departamentinin nümayəndəsi ABŞ-ın hər iki ölkənin hakimiyyətinə hansı dəstəyi verə biləcəyini açıqlamayıb.