Xəbərlər

ABŞ Almaniyaya “Patriot” satışına icazə verib

ABŞ Dövlət Departamenti Almaniyaya 5 milyard dollar dəyərində “Patriot” raketlərinin satışını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqonun Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Almaniyaya ümumi dəyəri 5 milyard dollar olan 600 ədəd “Patriot” raketi veriləcək.