Xəbərlər

ABŞ avqustun 1-dən Kanadadan idxala 35% rüsum tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə avqustun 1-dən Kanadadan gətirilən mallara idxal rüsumlarının tətbiqi ilə bağlı xəbərdarlıq məktubu göndərib.

“Füyuzat”ın məlumatına görə, o, məktubu “Truth Social” səhifəsində dərc edib.

Məktubda deyilir: “Avqustun 1-dən etibarən Birləşmiş Ştatlar ABŞ-a göndərilən Kanada məhsullarına sənaye tariflərindən ayrı olaraq 35%-lik rüsumlar tətbiq edəcək”.

Tramp qərarının səbəbi kimi Kanadanın fentanil siyasətini göstərib, lakin qeyd edib ki, Kanada narkotik axını ilə mübarizə aparmaq üçün ABŞ ilə işləsə, mövcud tarif planına düzəlişlər edilə bilər. Prezident həmçinin avqust ayında yeni tariflərin tətbiq edilməsinə səbəb kimi ticarətdəki tarif və qeyri-tarif maneələrini, ticarət kəsirini və ABŞ-ın süd məhsullarına 400% rüsumunu göstərib.

Amerika administrasiyasının rəhbəri əlavə edib ki, tarif cədvəli ikitərəfli münasibətlərin vəziyyətindən asılı olaraq dəyişə bilər.