Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilən irəliləyişi alqışlayır. Sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları yüksək qiymətləndirir.
Bunu ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bur neçə gün əvvəl baş tutmuş telefon danışığını şərh edən Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirilib.
Miller vurğulayıb ki, Blinken Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyini təsdiqləyib.