Xəbərlər

ABŞ Baydendən İsrailə silah satışını dayandırmağı tələb edib

Yeddi böyük Amerika həmkarlar ittifaqı ABŞ Prezidenti Co Baydendən İsrail ordusuna əlavə hərbi dəstək verməkdən imtina etməyi tələb edib. Səbəb kimi Qəzza zolağında çoxlu sayda mülki fələstinlinin hədəf olması göstərilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Vaşinqton administrasiyasının rəhbərinə ünvanlanmış məktubda deyilib.

“Cənab prezident, bu müharibəyə son qoymaq üçün qəti addımlar atmağın vaxtı çatıb. ABŞ-ın İsrailə hərbi yardımını dayandırmaq bunun ən sürətli və etibarlı yoludur”, – məktubda bildirilib.

Qeyd edilib ki, Xarici Yardım Aktı və Silah İxracına Nəzarət Aktı Amerika silahlarının tədarükünü dayandırmağı tələb edir, çünki İsrail mülki əhaliyə dəyən zərəri minimuma endirməkdən imtina edib və ABŞ-dan humanitar yardımın tədarükünü açıq şəkildə məhdudlaşdırır.

Həmkarlar ittifaqı üzvləri hesab edirlər ki, bu münaqişənin sülh yolu ilə həlli üçün ABŞ-ın İsrail hökumətinə hərbi yardımını dərhal dayandırması lazımdır və bölgədə artan gərginlik daha çox günahsız mülki əhalini genişmiqyaslı müharibəyə sürükləmək təhlükəsi yaradır.

Baydenə məktubda vurğulanır ki, nə İsrail, nə də Fələstinin HƏMAS hərəkatı may ayında hazırkı Vaşinqton administrasiyası tərəfindən Fələstin anklavında təklif olunan atəşkəs razılaşmasını qəbul edib.