“Birləşmiş Ştatlar yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasında (TŞ) islahatlara dair danışıqlara başlamağı zəruri hesab edir”.
“Füyuzat”ın məlumatına görə, bunu BMT-nin mənzil-qərargahında keçirilən Gələcək Sammitində çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.
Bundan əlavə, dövlət katibi Vaşinqtonu BMT iclaslarında iştirakına icazə verilməyən iki Afrika ölkəsinə, Latın Amerikası və Karib hövzəsi dövlətlərinə daimi üzv statusunun, habelə inkişaf etməkdə olan ada ölkələrinə qeyri-daimi üzv statusunun verilməsini zəruri hesab edib.