“Birləşmiş Ştatlar potensial düşmənin törədə biləcəyi nüvə təhlükəsinin qarşısının alınması üzrə Koreya Respublikası və Yaponiya ilə əməkdaşlığı gücləndirmək niyyətindədir”
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın hazırkı Prezidenti Co Bayden, Cənubi Koreya Prezidenti Yun Seok Yeol, eləcə də Yaponiyanın Baş naziri Şiqeru İşiba APEC-in Lima sammiti çərçivəsində qəbul edilmiş birgə yazılı bəyənatda məlumat yayıb.
“Bayden ABŞ-ın Koreya Respublikası və Yaponiyanın müdafiəsi ilə bağlı öhdəliyinin sarsılmaz olduğunu bir daha təkrarlayır və Amerikanın nüvə silahından çəkindirmə üzrə əməkdaşlığı gücləndirmək öhdəliyini bir daha təsdiqləyir”, – bəyənatda qeyd olunub.
Bundan əlavə, tərəflər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə sadiq olduqlarını bəyan ediblər.